“Tərtər işi”nin gizlinləri: kimdir müqəssir? – Hədəf göstərildi!
Fidan Həmişəyeva
15:42 30.03.2021
Gündəm
5569
“Tərtər hadisələrinin başında birbaşa Müdafiə Nazirliyinin sabiq Baş Qərargah rəisi Nəcməddin Sadıqov durub”
“Çünki bu prosesləri nazirliyin daxili təhlükəsizlik idarəsinin rəisi general-mayor Ramil Əsgərov aparıb”
“R.Əsgərov N. Sadıqovun doğma bacısı oğludur”
“Həmin şəxsləri məsuliyyətdən kənar saxlamaq olmaz. N.Sadıqov və onun şəbəkəsi cəzalandırılmalıdır”
Son günlər Tərtər hadisələrinə dair səslənənlər ölkə gündəmi zəbt edib. Bəzi iddialara əsasən Tərtər işindəki işgəncə faktlarında birbaşa “5-ci kolon”un “əli” olub. Cəmiyyətdə müxtəlif mülahizələr irəli sürülür. Vətəndaşların böyük əksəriyyəti hadisənin başında kimlərin dayandığını bilmək istəyir. Əslində səbəbkar kimi bəzi şəxslərin adları sadalanır desək, daha doğru olar.
Həqiqətən, Tərtər hadisələrində törədilən cinayətlərdə kimdir müqəssir?
Qarabağ qazisi Rey Kərimoğlu “Sherg.az”a bildirib ki, ordumuzda Tərtər işindən də dəhşətli hadisələr baş verib:
“Cəmiyyətin bu olanlardan xəbəri yoxdur. Orduda olan müvafiq şəxslər bununla bağlı aidiyyəti qurumlara məlumat veriblər. Tərtər hadisələri Azərbaycan Ordusunun içində baş verən özbaşınalıqlardan biri idi”.
R.Kərimoğlu qeyd edib ki, ordumuzda Ermənistana işləyən xəyanətkar bir qrup var:
“Lakin az qala bütün bunlar unudulur. Əslində, 1997-ci ildən başlayaraq Ermənistanın xüsusi xidmət orqanları ilə əməkdaşlığa cəlb edilən hərbçilər olub. Bunun üçün bir neçə dəfə cinayət işi də qaldırılıb. Sonrakı dövlərlərdə də belə hallar baş verib. Sonuncu dəfə 2012-ci ildə bu cür hallarla qarşılaşmışıq. Hərbi sahədə araşdırma aparan jurnalistlər olanları yaxşı bilir, sadəcə ictimailəşdirmirlər.
Çünki müəyyən məsələlər var ki, onu ictimailəşdirmək olmaz. Günahı olmayan şəxslərə istintaqdan kənar işgəncələr verilib. Təbii ki, bu yolverilməzdir. Hər bir cinayət işini məhkəmə yolu ilə həll etmək lazımdır.
Bu gün vətəndaşlar baş verənləri öyrəndikdə dəhşətə gəlirlər. Bütün bunlar da başa düşüləndir. Ordumuzda xəyanətkar qrup olub, yenə də var. Tərtər hadisələrinin başında birbaşa Müdafiə Nazirliyinin sabiq Baş Qərargah rəisi Nəcməddin Sadıqov durub.
Çünki bu prosesləri Müdafiə Nazirliyinin daxili təhlükəsizlik idarəsinin rəisi general-mayor Ramil Əsgərov aparıb. O, N. Sadıqovun doğma bacısı oğludur. Həmin şəxsləri məsuliyyətdən kənar saxlamaq olmaz. N.Sadıqov və onun şəbəkəsi cəzalandırılmalıdır”.
P.S. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İqlim dəyişiklikləri yuxumuzu oğurlayır
14:30 12.12.2025
Sağlamlıq
Ərdoğan Aşqabadda Putinlə görüşüb
14:24 12.12.2025
Dünya
XİN Keniyanı Milli Günü münasibətilə təbrik etdi
14:05 12.12.2025
Siyasət
"Android"də gizli tətbiqlər istifadəyə veriləcək
13:59 12.12.2025
Texnologiya
Əhməd Çakar xəstəxanaya yerləşdirildi
13:52 12.12.2025
Futbol
Hakan Hatipoğlu: “Brüs Uillis sevgilimi öpdü, dəli oldum!”
13:48 12.12.2025
Şou
Sabir Rüstəmxanlı: "Məsələni şişirtməyə ehtiyac yoxdur"
13:40 12.12.2025
Siyasət
Putin və Pezeşkian Aşqabadda görüşüblər
13:34 12.12.2025
Gündəm
son dövr ərzində 2714 əkiz, 81 üçəm doğulub
13:24 12.12.2025
Sosial
Son 10 ayda nikah və boşanma sayı məlum olub
13:18 12.12.2025
Sosial
Ölkədə doğum sayı azalıb
13:13 12.12.2025
Sosial
Azərbaycan əhalisinin sayı açıqlanıb
13:09 12.12.2025
Sosial
Tramp Ukraynaya təhlükəsizlik zəmanəti ilə bağlı yardım vəd etdi
13:05 12.12.2025
Dünya
Sabahın hava proqnozu açıqlanıb
12:58 12.12.2025
Ekologiya
Bu, Trampın Putinə hədiyyəsi deyil - Naumov
12:23 12.12.2025
Dünya