Şəbnəm və Bahar ərlərindən boşanıblar? - Vəfa AÇIQLADI

"Həmin Zaur" verilişinin növbəti qonaqları müğənnilər Vəfa Şərifova və Ülviyyə Namazova olub. Aparıcı Zaur Kamal bir vərəqə üç ifaçının adını yazaraq V.Şərifovaya "Bu üç nəfərdən hansılar boşanıblar?" Deyə sual ünvanlayıb. Müğənni öz adının da vərəqdə olduğunu bildirərək, həyat yoldaşından ayrılmadığını söyləyib.   

"Sherg.az"ın  məlumatına görə digər iki nəfərin Bahar Lətifqızı və Şəbnəm Tovuzlu olduğu bilinib. V.Şərifova tam açıqlamasa da "Birinin boşanmasından əminəm, digərindən isə şübhələnirəm deyərək" cavab verib. Digər qonaq Ü.Namazova isə həmkarı ilə razılaşmayıb. O Bahar xanımın həyat yoldaşını şəxsən tanıdığını və onların ayrılmadıqlarını xüsusi vurğulayıb. Sonda isə Zaur Kamal bunları qeyd edib: 
"Bəs nə üçün belə şayiələr yayılır? Yaxınlarda da Şəbnəm xanımın boşandığını iddia etmişdilər".

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Samirə Ərəblinski Yazarın yazıları
menu
menu