Gənclər xalq şairini ziyarət etdilər – VİDEO

Bir qrup gənc İsmayıllı rayonunun Buynuz kəndinə gedərək, xalq şairi Musa Yaqubu ziyarət edib.

Kult.az xəbər verir ki, hazırda şairin vəziyyətinin stabil olduğu, müalicəsini davam etdirdiyi bildirilib.

Şairi ziyarətə gedən gənclərin sözlərinə görə, M.Yaqub yaxşı eşitmir və bu səbəbdən qulağına xüsusi aparat yerləşdirilib:

“Aparat vasitəsilə eşidə bilir, hamı ilə söhbət edir. Qapısına kim gəlsə, içəri dəvət edir. Bizə dedi ki, sizi yenə gözləyəcəyəm, gələrsiniz. Bildirdi ki, yaradıcılığını davam etdirir. Düzdür, özü yazmır, oğlu Şəhriyar və digər ailə üzvlərinə deyir, onlar yazırlar. Amma daha oxuya bilmir. Bizə şeirlərindən bir neçəsini əzbər dedi. Çətinliklə də olsa, qalxıb gəzir”.