Yarmarkada ən çox satılan kitablar: Rəşad Məcid birinci oldu

Altıncı Beynılxalq Kitab-Sərgi Yarmarkasında ən çox hansı müəlliflərin kitabının satıldığı bəlli olub.

Sherg.az-ın xəbərinə görə, bu barədə "Qanun" Nəşrlər Evinin rəhbəri Şahbaz Xuduoğlu məlumat verib. 

Yarmarkada alıcıların ən çox diqqətini Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcidin kitabları çəkib. R.Məcidə təşəkkür edən Ş.Xuduoğlu deyib ki, yazar yarmarka boyu orda olub:

"Rəşad Məcid bütün yazıçılara dəstək verdi, kitablarını aldı, gəlib-gedənlərə təqdim etdi. Bayram havasını hər kəsə çatdırmağa çalışırdı. Qonğımız, Qonkor mükafatçısı Jan Kristof Rufenin qarşılanmasında və təqdimatında rəsmi tərəf kimi iştirak edib kiçik bir nitq söylədi. Hadisələr dərhal, məqamında reaksiya verməyi bacarırdı, bu da yarmarkanı daha canlı edirdi. Stendimizdə kitabların imza edən bütün yazıçılara sonsuz təşəkkürümü bildirirəm. Önəmli nə qədər satmaq deyil, önəmlisi oxucunun gözünə baxıb kitabın haqqında onunla danışmaqdır. Satmaq nə qədər önəmli olmasa da, tez-tez soruşulduğuna görə, kitabları satılan müəlliflərin siyahısını sizinlə paylaşıram".

1.Rəşad Məcid,
2.Vilayət Quliyev,
3.Şərif Ağayar,
4.İsi Məlikzadə,
5.Pərviz Cəbrayıl,
6.Niyazi Mehdi,
7.İlham Kərimli,
8.Əli Əmirli,
9.Hikmət Hacızadə,
10.Ayğül Ağayeva,
11.Nəriman Əbdülrəhmanlı,