Quyruğu başında olan küçük... –Dünyanın ən şirin heyvanı seçildi 

 Amerikada Narval adlı itin alınından quyruq çıxıb. 
«Sherg.az» «sciencesetavenir.fr»ə istinadən xəbər verir ki, ABŞ-ın Missuri ştatında yerləşən Cakson şəhərindəki « La Mac's Mission» it sığlacağına  qəribə görünüşə malik küçük gətirilib.

Həmin müəssisənin “Feybuk” səhifəsində yüzlərlə xilas edilmiş yarasa, , şahin, dələ bir də alnında əlavə bir quyruğu olan küçük fotosu paylaşılıb. Bu fotoya minlərlə “like” gəlib və onu dünynaın ən kiçik küçüyü adlandırıblar. 

Noyabrın 9- da həmin küçük sığınacağa alındıqdan sonra, onu noyabrın 12-də klinkaya aparıblar. Onun bütün orqanlarını aparata saldıqdan sonra baytar bəyan edib ki, küçüyün səhhətində heç bir probelm yoxdur.

Onun alınından bitən quyruq küçüyə heç bir ziyan vermir:
 "O quyruğun kəsilməsinə ehtiyac yoxdur. Bu şəkildə küçük öz həyatına davam etsə, daha yaxşı olar».