Xətai rayonunun təbii qaz təchizatında müvəqqəti fasilələr yarandı

Xətai rayonunun təbii qaz təchizatında müvəqqəti fasilələr yaranıb.

“Azəriqaz” İstehsalat Birliyindən bildirilib ki, avtomobil sahiblərinin CNG, yəni sıxılmış təbii qazla təminatı üçün mühüm addımlar atılır, yanacaqdoldurma məntəqələrində bu istiqamətdə bəzi işlər görülür. Noyabrın 20-də Xətai rayonu, Nobel prospekti 22-34 saylı məhəllədə yerləşən “SOCAR PETROLEUM” QSC-yə məxsus 21 saylı yanacaq doldurma məntəqəsinin CNG sistemləri üçün çəkilmiş diametri 159 millimetr olan yüksək təzyiqli daşıyıcı qaz xətti qaz təchizatı mənbəyinə birləşdiriləcək. Bu işin icrası üçün saat 10:00-dan etibarən Xətai rayonunun böyük bir hissəsində qaz təchizatının müvəqqəti olaraq dayandırılmasına zərurət yaranıb.