Bahar Muradova: “Qələbəyə köklənmişik”

Bu günlər Yeni Azərbaycan Partiyasının (YAP) namizədlər siyahısına olan diqqətlər birmənalı şəkildə ölkə gündəminə damğasını vurdu.

Bunu V çağırış Milli Məclis sədrinin müavini Bahar Muradova bildirib.

O, qeyd edib ki, artıq YAP-ın növbədənkənar parlament seçkilərində iştirak edəcək namizədləri bəllidir.

“Bu, YAP İdarə Heyətinin bu gün keçirilən iclasında rəsmən təsdiq olundu. Qələbəyə köklənmişik. Qoy güclülər qalib gəlsin!”.

Qeyd edək ki, mətbuatda B.Muradovanın adının siyahıda olmadığı yazılıb.

B.Muradova bu barədə fikir bildirməyib.