PKK Afrinə hücum etdi: Ölən və yaralananlar var

YPG/PKK terrorçuları ”Zeytun budağı” hərbi əməliyyatının 2-ci ildönümündə Afrin şəhərinin mərkəzini raket atəşinə tutub.

Hücumlar nəticəsində biri uşaq olmaqla 2 mülki vətəndaş həlak olub, 2 nəfər yaralanıb.

PKK terrorçuları eyni zamanda Azez bölgəsinədə yerləşən məktəblərdən birini də hədəf alıb. Hadisə nəticəsində ölən və yaralanan olmayıb.

Qeyd edək ki, Türkiyə 2018-ci ilin 20 yanvarında YPG/PKK terrorçularına qarşı “Zeytun budağı” hərbi əməliyyatına başlamışdı. Əməliyyat çərçivəsində həmin ilin 18 martında Afrin terrorçulardan azad edilmişdi.