31 min ödəyən Çağatay Ulusoy əsgər getdi - FOTO

Türkiyənin ən çox qazanan aktyorlarından biri olan Çağatay Ulusoy əsgərliyə gedib.

Oxu.Az xəbər verir ki, aktyor bəzi həmkarları kimi, 21 günlük “Bədəlli əsgərlik” xidmətini keçmək üçün Türkiyənin paytaxtı Ankara şəhərinə yollanıb. 

Qeyd edək ki, Ç.Ulusoy qısamüddətli hərbi xidmət üçün 31 min lirə (təxminən 8 min 962 manat) pul ödəyib.