Prezident Dünya İqtisadi Forumunun “Strateji baxış: Avrasiya” konfransında iştirak edir

Azərbaycan Prezidenti İlham Əliyev Davosda Dünya İqtisadi Forumunun “Strateji baxış: Avrasiya” konfransında iştirak edib. 

Forumun rəsmi saytı xəbər verir ki, dövlət başçısı konfransda məruzəçi kimi çıxış edib. 

İlham Əliyevdən başqa, konfransda “Astana” Beynəlxalq Maliyyə Mərkəzinin meneceri Kayrat Kelimbetov, “VTB Bank”ın prezidenti-idarə heyətinin sədri Andrey Kostin, Oksford Universitetində qlobal iqtisadi idarəetmə üzrə professor Nqeyr Vuds, Birləşmiş Millətlər Təşkilatının Cenevrə nümayəndəliyinin baş direktoru Tatyana Valovaya və Monqolustan Prezidenti Xaltmaaqiyn Battulqa çıxış edib.