Ərdoğandan Merkelə iki maraqlı hədiyyə - FOTO

Türkiyədə səfərdə olan Almaniya kansleri Angela Merkel Prezident Rəcəb Tayyib Ərdoğanla görüşüb.

Görüş Türk-Alman Universitetinin kampusunun açılış mərasimində baş tutub.

Mərasim zamanı Ərdoğan Merkelə maraqlı hədiyyələr verib. Türkiyə Prezidenti kanslerə naxışlarla bəzədilmiş güzgü və zəfər dəbilqəsi təqdim edib.

24 əyarlı qızıl və rəngli şüşələrlə bəzədilən güzgünün qiyməti 2395 lirədir.