Rusiya 7 kəşfiyyatçının adını açıqladı

Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin Rusiyanın təhlükəsizliyinə töhfə verən 7 kəşfiyyatçının adını açıqlayıb.

Axar.az xəbər verir ki, o, kəşfiyyatçıların hər birinin üzərindən məxfilik qrifinin götürüldüyünü bildirib.

Narışkin bu kəşfiyyatçılar sırasında Yuri Anatoleviç Şevçenko, Yevgeni İvanoviç Kim, Mixail Anatoleviç Vasenkov, Vitali Vyaçeslavoviç Netıksa, Tamara İvanoviç Netıksa, Vladimir İosifoviç Loxov və Vitali Alekseyeviç Nuykinin adının yer aldığını deyib.

O, həmin şəxslərin fəaliyyəti haqqında tezliklə geniş məlumat veriləcəyini vurğulayıb.