Azərbaycanda koronavirus şübhəsi ilə bağlı 177 nəfər həkim müşahidəsinə alındı

Səhiyyə Nazirliyi koronavirus şübhəsi ilə həkim müşahidəsinə alınan şəxslərin sayını açıqlayıb.

Səhiyyə Nazirliyindən verilən xəbərə görə, səhər saat 10:00 üçün Kiliniki Tibbi Mərkəzin yolxucu xəstəliklər şöbəsində yeddi nəfər, xüsusi ayırılmış tibb müəssisəsində iki, Astara Rayon Mərkəzi xəstəxanasında 86 və Cəlilabad Mərkəzi Rayon xəstəxanasında  91 nəfər həkim müşahidəsinə alınıb.