Alim hiddətləndi:“ Natəvanın abidəsinə qarşı vandalizmdə erməni barmağı var”

Kərəm Məmmədov: “Bir daha məlum oldu ki, ermənilər onlara edilmiş yaxşılığa vandallıqla cavab verirlər”

Belçikada Azərbaycanın görkəmli nümayəndəsi Xurşidbanu Natəvanın abidəsinə qarşı vandalizmin törədilməsi ilə bağlı cinayət işi açılıb. Bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bildirib: “Belçikanın Vaterlo şəhərində görkəmli şairə, Qarabağ xanının qızı Xurşidbanu Natəvanın abidəsinə qarşı vandalizmin törədilməsi ilə əlaqədar şəhər polisi tərəfindən cinayət işi açılıb. 2016-cı ildə ucaldılmış heykəl Vaterlo şəhərinin mühafizə edilən tarixi abidələri siyahısına daxildir və bu səbəbdən sözügedən hadisə polis tərəfindən araşdırılır”.

Bu vandalizmin Ermənistan baş nazirinin Belçikaya səfəri zamanı baş verməsi diqqəti cəlb edir. Abidələrimizə qarşı erməni vandalizmini hər zaman müşahidə etmişik. Görkəmli şairəmizin heykəlinə edilən hörmətsizliklə əlaqədar cinayət işinin başlanması yəqin ki, müsbət sonluqla nəticələnəcək.

Bəzi insanlarda milli mənsubiyyətin olmadığını deyən tarix elmi üzrə fəlsəfə doktoru Kərəm Məmmədov “Sherg.az”a söyləyib ki, Natəvanın abidəsinə qarşı  vandalizm həmin şəxslərin aşağı səviyyəli olduğunu göstərir:



“Düzdür, “vandal”, “barbar” kimi sözlər qədim Romada yaranıb. Bu adlar daha çox latın olmayan tayfalara verilib. Amma bu gün hər bir etnosun içində yetərincə vandallar var. Xurşidbanu Natəvan nə siyasi xadim, nə sərkərdə, nə də dövlət başçısı idi. Adi bir şairənin heykəlinin təqhir edilməsi bu işi görənlərin səviyyəsini sübut edir. Natəvan gənc yaşlarında oğlunu itirmiş bir şairə olub. O, ömrü boyu millətlər arasında düşmənçiliyi yox, dostluğu təbliğ edib.  Natəvan bir zamanlar Qarabağa köçürülmüş ermənilərə də yardım göstərib”.

K.Məmmədov şairənin heykəlinə qarşı hörmətsizlikdə erməni barmağı olduğunu əminliklə qeyd edib:

“Bir daha məlum oldu ki, ermənilər onlara edilmiş yaxşılığa vandallıqla cavab verirlər. Bununla bağlı Gürcüstan Demokratik Respublikasının qurucularından olan Noy Jordaniyanın gözəl bir sözü var: “Ermənini nə qədər yedirtsən də, gözü hər zaman meşədədir”. Əminəm ki, bu, ermənilərin işidir. Vaterloda yaşayan ayrı-ayrı millətlər, bəlkə də, Natəvanı tanımırlar. Onlar belə vandallığı etməzlər”.