Putin: Rusiyanın strateji nüvə qüvvələri istifadəyə tam hazır vəziyyətdədir

“Rusiyanın strateji nüvə qüvvələri istifadəyə tam hazır vəziyyətdədir”.
Bunu Rusiya Prezidenti Vladimir Putin Federal Məclisə illik müraciəti zamanı deyib.

Rusiya lideri qeyd edib ki, silahlanma sahəsində planlaşdırılan məsələlərin demək olar ki, hamısı həllini tapıb: “2018-ci ildə səsləndirdiyim müraciət zamanı bəhs etdiyim silahlanma sahəsində planlaşdırdıqlarımızın hamısı yerinə yetirilib və ya bir hissəsi tamamlanmaq üzrədir. Beləliklə, hipersəs aviasiya kompleksi “Kinjal” nəinki istifadəyə verilib, həm də havadan zərbə endirilən zaman xüsusilə vacib hədəfləri məhv etmək üçün yüksək səmərəliliklə istifadə olunur.

2018-ci ildə ünvanlanan müraciətimdə yer almayan “Zirkon” hipersəs zərbə kompleksi artıq döyüşlərdə də istifadə olunub və bu sistem artıq işləyir”.

Putin bir sıra digər silahların da Silahlı Qüvvələrin arsenalına daxil edildiyini diqqətə çatdırıb: “Qitələrarası diapazonlu “Avanqard” hipersəs bölmələri və “Peresvet” lazer sistemləri döyüş növbətçiliyindədir. “Burevestnik” qeyri-məhdud mənzilli qanadlı raketin və “Poseydon” pilotsuz sualtı aparatının sınaqları tamamlanır".

Putin onu da qeyd edib ki, “Sarmat” ağır çəkili ballistik raketləri də orduya təhvil verilib.

“Tezliklə biz onları hərbi əməliyyat zonalarında nümayiş etdirəcəyik. Bir sıra digər perspektivli silah sistemləri üzərində işlər davam edir. Alimlərimizin və silah ustalarımızın yeni nailiyyətləri haqqında gələcəkdə də xəbər tutacağıq”, - Vladimir Putin əlavə edib.

Ətraflı