Şəmistan Əlizamanlı ilə Aprel döyüşləri xatırlanacaq


Bakı Şəhər Mədəniyyət Baş İdarəsi #senetinledestekle çağırışının bugünkü 4 proqramını xalqımızın hərb tarixinə “Aprel müharibəsi” kimi daxil olmuş, Azərbaycan Milli Ordusunun, Silahlı Qüvvələrimizin igidlik və rəşadət rəmzi olan Aprel döyüşlərinə həsr edir.

İdarədən bildirilib ki, bu münasibətlə proqramda hərbi vətənpərvərlik mövzusu işıqlandırılacaq, daim teleekranlarda səsini və cəbhə xəttindən xəbərlərini izlədiyimiz, əsgərlərimizi, qəhrəmanlarımızı vəsf edən mahnılarını dinlədiyimiz hərbi diktor, hərbi vətənpərvərlik mahnılarının ifaçısı, “Vətənpərvərliyin təbliğinə dəstək” İctimai Birliyinin sədri Şəmistan Əlizamanlı evindən #senetinledestekle deyib canlı yayıma çıxacaq.

Hər kəs #evdeqal-ıb saat 17.00-da Baş İdarənin @bakimedeniyyetidaresi “Instagram” hesabından hərbi jurnalist Şəmistan Əlizamanlı ilə canlı ünsiyyətə qoşula bilər.