Həkim vətəndaşları dezinfeksiyaedici məhlullarla ehtiyatlı davranmağa çağırır


 Virusla mübarizə günlərində xüsusən xanımlar mənzilin, geyim, ev və mətbəx əşyalarının təmizliyinə, dezinfeksiya işlərinə xüsusi diqqət etməyə başlayıb.
Aşırı həssaslıq isə bəzən mənfi nəticələrə gətirib çıxarır. 

Bu günlərdə paytaxt  sakinlərindən biri  mənzili təmizləmək üçün xlorlu suya sirkə turşusu da əlavə edib. Evin təmizliyini deyə bilmərik, amma xanlm özü qarışıq məhlulun qoxusundan zəhərlənib. Təcili Yardım çağırılıb və qadına tibbi yardım göstərilib.

Həkim-terapevt Şahvələd Məmmədov “Şərq.az”a açıqlamasında bunun xlor-üzvi birləşmələrlə zəhərlənmə olduğunu dedi: 



-Ev şəraitində belə məhlullar düzəldib istifadə etmək təhlükəlidir. Çünki mütəxəssis olmayanlar  hansı məhluldan necə istifadə edilməsini bilmir. Satış yerlərində, ixtisaslaşmış mağazalarda satılan məhlulların qablaşmasında istifadəsinə dair göstərici, qeydlər olur. Alıcı onlara uyğun davranır. Amma ev şəraitində dezinfeksiyaedici məhlul düzəldib istifadə etmək ağır fəsadlara yol aça bilər. Xüsusən də əgər insanın hansısa kimyəvi maddəyə  allergiyası varsa, əlbəttə, allergik reksiya verəcək. Yəqin ki, dediyiniz bu halda da məhluldan inqalyasiyon  zəhərlənmə baş verib – nəfəs yolları zəhərlənib. Belə zəhərlənmələr zamanı başgicəllənməsi, ürəkbulanma qusma kimi hallar müşahidə edilə bilir. Mütləq təcili tibbi yardın çğırılmalıdır və həkimin məsləhəti olarsa, vətəndaş Toksikologiya şöbəsinə yerləşdirilməlidir,  qanın tərkibində  zəhərin miqdarı müəyyənləşməlidir, lazımı müalicə kursu keçilməlidir.           

  Ş.Məmmədov  koronavirusla mübarizə aparılan günlərdə vətəndaşları dezinfeksiyaedici məhlullarla ehtiyatlı davranmağa çağırdı: 

- Mağazalarda, marketlərdə xüsus dezinfeksiyaedici məhlullar, spreylər satılır. Yaxşı olar ki, “özfəaliyyət”ləru bir kınara qoyaq və xüsusi vasitələrdn istifadə edək.