Çağırış:“Gözəgörünməz düşmənlə mübarizədə intizam tələb olunur”

“Damda kabab çəkənlər, domino oynayanlar necə təhlükəli düşmənlə zarafat etdiklərini anlamırlar” 


Bütün xəbərdarlıqlara rəğmən, bəzi insanlar yenə də etinasızlıq nümayiş etdirir, karantin qaydalarına əməl etmirlər. Bu isə ictimai qınağa səbəb olmaqla yanaşı, həm də karantin qaydalarının daha da sərtləşdirilməsi ilə nəticələnir. Deyəsən, laqeyd vətəndaşlar bütün imkanları ilə, doğrudan da, qılınc müsəlmanı olduqlarını sübut etmək istəyirlər...

Milli məclisin deputatı Eldar İbrahimov bu barədə “Sherg.az”a danışarkən insanları daha diqqətli olmağa çağırdı:

 “Məsuliyyətsizliyin mənfi nəticəsini gördük. Birmənalı şəkildə karantin qaydalarına əməl etmədiyimiz müddət ərzində yoluxma sayı daha da artacaq. Ona görə də cərimələr tətbiq olundu. Əslində bu, heç kimə xoş deyil. İnsanlar şüurlun formada məsuliyyətlərini dərk etməli, özlərini və ailələrini qorumalıdırlar. Gözəgörünməz düşmənlə mübarizədə hər kəsdən nizam-intizam tələb olunur. Damda kabab çəkənlər, domino oynayanlar və min bir üsulla karantin qaydalarını pozmağa çalışan digərləri necə təhlükəli düşmənlə zarafat etdiklərini anlamırlar”.