“Xəzər rayonunda 20 mindən çox ev qeydiyyatsızdır” - Deputat

"Təkcə Bakının Xəzər rayonunda bu gün 20000 mindən çox evin qeydiyyatı yoxdur”.
"Sherg.az" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Rauf Əliyev deyib.
Deputat bildirib ki, “Azərsu” və “Azərişıq”la vətəndaşlar arasında problemlərin həll olunmamasının səbəbi həm də qeydiyyat məsələsidir: 
“Bu, çox ciddi məsələdir və ən qısa zamanda həllini tapmalıdır”.