“Türk-islam dünyasının gerçək düşmənləri ifşa olunur” – ŞƏRH 

“Makron reallıq hissini itirib və Türkiyənin gündən-günə artan gücünü doğru-düzgün qiymətləndirə bilmir”



“Türkiyənin Liviyada mövqeləri möhkəmləndikcə, türk-islam dünyasının gerçək düşmənlərinin iç üzləri açılır”. 
Bunu “Sherg.az”a açıqlamasında Demokratik Azərbaycan Dünyası Partiyasının sədri Əlisahib Hüseynov deyib.
Partiya rəhbəri bildirib ki, Fransa prezidenti Emmanuel Makronun yersiz panikaya düşməsinin şahidi oluruq: 



“Fransa lideri Türkiyənin Liviyada oynadığı "oyun"un Berlin konfransında verilən vədlərə zidd olduğunu bildirib. O bir qədər də hegemonluq nümayiş etdirərək ədalı şəkildə bəyan edib ki, Türkiyənin Liviyada irəliləməsinə icazə verməyəcək. Makron Türkiyəyə reaksiyalarının sərt olacağını da söyləməyi unutmayıb. Guya Makrondan icazə istəyən varmış. Trampın ABŞ-ın dünyadakı nüfuzunu sarsıtmağının nəticəsində Makron da özünü vacib şəxs hesab etməyə başlayıb. Ona elə gəlir ki, indi Qərbin ən parlaq lideri o özüdür. Görünən budur ki, Makron reallıq hissini itirib və Türkiyənin gündən-günə artan gücünü doğru-düzgün qiymətləndirə bilmir”.