AzTV şəhidlərə görə konserti ləğv etdi


Azərbaycan Dövlət Televiziyası ordumuzun şəhid verməsi ilə əlaqədar olaraq bu gün yayımlanması nəzərdə tutulan “Yay axşamı” konsert proqramını təxirə salıb.

Bu haqda telekanalın rəsmi feysbuk hesabında məlumat yazılıb.

Qeyd edək ki, bu gün Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşlərindən istifadə edərək hücuma keçməyə cəhd göstərib. Döyüş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçularından 2 nəfər şəhid olub, 5 nəfər isə yaralanıb.