"Demək olar, hamı koronavirsa inanır, amma..."

“...Karantin qaydalarına əməl olunmasını təmin etmək, sosial məsafənin qorunmasına şərait yaratmaq lazımdır”


Nazirlər Kabineti yanında Operativ Qərargahən qərarı ilə sərtləşdirilmiş xüsusi karantin rejimi daha bir müddət uzadılıb. Belə ki, sərtləşdirilmiş xüsusi karantin rejimi Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Siyəzən və Şəki rayonlarında avqustun 5-dək davam edəcək. Lənkəran şəhəri və Samux rayonunda isə iyulun 20-dən etibarən sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq olunmayacaq.

Xüsusi karantin rejiminin sərtləşdirildiyi şəhər və rayonlarda isə iyulun 20-dən etibarən masaj və hamam xidməti istisna olmaqla bərbərxana, gözəllik salonlarının fəaliyyətinə və kosmetik xidmətlərin göstərilməsinə icazə verilir. Eyni zamanda şəxslərin yaşayış yerini və olduğu yeri tərk etmək üçün SMS icazənin müddəti 2 saatdan 3 saatadək artırılır.

Qərarı “Sherg.az”a şərdh edən  Azərbaycan Tibb Universitetinin professoru Adil Qeybulla düşünür ki, insanlar sadəcə müəyyən edilmiş qaydalara əməl etməlidirlər: 

“Sərtləşdirilmiş xüsusi karantin rejiminin müddətinin uzadılmasının nəticə verəcəyinə inanmıram. Çünki insanlar qaydalara əməl etmirlər. İctimai nəqliyyatda sosial məsafədən söhbət gedə bilməz.

Bu, çox təhlükəlidir. Fikrimcə, maarifləndirmə işləri inzibati qərarlardan daha effektli ola bilər. Demək olar, artıq hamı koronavirsa inanır. Hər ailədə yoluxan var.

Belə şəraitdə sosial-iqtisadi həyatı məhdudlaşdırmaq əvəzinə, karantin qaydalarına əməl olunmasını təmin etmək, sosial məsafənin qorunmasına şərait yaratmaq lazımdır”.