Aqil Abbas SÖZ VERDİ: “...Özüm tək Ağdama gedəcəm”

“Gələn ildən etibarən il saymayacağıq”

Bu günü qeyd etmək özünü vətəndaş hesab edən hər kəs, xüsusilə qarabağlılar üçün çətindir. Çünki düz 27 il əvvəl bu gün mənfur ermənilər Ağdamı işğal etdilər. Hətta bununla kifayətlənməyib vandalizm törətdilər.  İndi isə Ağdamda oturub, Tovuza iddia edirlər...
 
Millət vəkili, “Ədalət” qəzetinin təsisçisi Aqil Abbas Ağdamın işğalı barədə “Sherg.az”a danışarkən qələbə gününə çox az qaldığını deyib: 

“Mən sizə söz verirəm, gələn ildən etibarən il saymayacağıq. Heç kim getməsə də, özüm tək gedəcəm. Lap eyni ilə “Dolu” filmində olduğu kimi tarixi, ata-baba torpaqlarımıza, illərdir həsrətində olduğum Ağdama ayaqyalın addım atacam. Söz verirəm, söz!”,