Ermənistanda daha 8 nəfər koronavirusdan öldü

Ermənistanda son sutkada daha 200 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.
APA-nın “Sputnik Armenia”ya istinadən verdiyi məlumata görə, bununla da ölkədə koronavirusa yoluxanların sayı 40 185 nəfərə çatıb.
Son sutka ərzində koronavirusa yoluxan 8 nəfər ölüb və bununla da virusa yoluxma nəticəsində ölənlərin sayı 785 nəfər olub.
Ermənistanda xəstəlikdən sağalanların sayı 32 395 nəfərdir.