Vaksinin kəşfi önəmlidir: “Ən ağır xəstəliklərin qarşısını alır”

“Dünya səviyyəsində sertifikasiyadan keçən COVID-19-la əlaqədar vaksinlər hazır olan zaman ölkəyə gətiriləcək. Bununla bağlı məsələ izlənilir”.
Bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın bir neçə gün əvvəl keçirilən brifinqində deyib.

Onun sözlərinə görə, həmin vaksinlərin Azərbaycan vətəndaşlarına tətbiq olunması istiqamətindəki məsələlər də daim diqqət mərkəzində saxlanılır.



 Məsələ ilə bağlı “Sherg.az”a danışan həkim-psixoterapevt Əli Nağıyev bunu yüksək qiymətləndirib:

“Vaksinasiya insanları son yüz illik ərzində xəstəliklərdən qoruyub. Həmçinin poliomielit, difteriya, göyöskürək kimi ən ağır xəstəliklərin qarşısını alıb. Vaksinasiyanın kəşfi vaxtı ilə inqilabi bir hadisə kimi qiymətləndirilib. Odur ki, koronavirusun hökm sürdüyü məqamda məsələyə müsbət yanaşmaq lazımdır. Bu işdə dövlətə dəstək olmalıyıq.”