Şərhlər Rəqsanəni kövrəltdi - Video    

Son günlər tanınmış müğənni Rəqsanə İsmayılova evində müxtəlif cür yeməklər, turşular hazırlaması ilə bağlı videolarla gündəmə gəlib. Həmin görüntüləri İnstaqram səhifəsində paylaşan müğənni izləyicilərinin diqqətini çəkib.
"Sherg.az" xəbər verir ki, Rəqsanə xanım bu gün həyətindəki kiçik bostandan tərəvəz topladığı dəqiqələri sosial şəbəkə hesabına yerləşdirib. O posta bunları yazıb:
"Nə əkərsən, onu da biçərsən.  Burda  dostlarımın yazdıqlarını oxuyub kövrəlirəm. Bu həyatda çox çətinliklər gördüm, çox şey yaşadım. Yıxıldım, durdum. Amma hər şeyə dözdüm, sinə gərdim. Keçmişimi unutmadım. Allahımdan çox razıyam".