Böyük təhlükə ! – “Rusiya regional konfliktlər yaradır” – “Ocaq” körüklənir ! 

“Şimal qonşumuz forpostu Ermənistanı beynəlxalq hüquqa zidd olaraq silah-sursatla doldurur”

“Bu cür vəziyyətdə Azərbaycan Türkiyənin Qafqazda hərbi mövcudluğunu rəsmi olaraq təsdiq etməlidir”


“Türkiyənin Azərbaycana siyasi və hərbi dəstəyi bizim üçün olduqca mühümdür”.

Bunu “Sherg.az”a açıqlamasında ADP sədrinin müavini, politoloq Həsrət Rüstəmov deyib.

Partiya funksionerinin sözlərinə görə, regionda faktiki olaraq böyük bir təhlükə içərisindəyik: 



“Rusiya Azərbaycan ərazilərini işğal etmiş Ermənistanı hər cür hərbi siyasi dəstəklə təmin edir. Daha doğrusu Rusiya bütün keçmiş sovetlər ərazisində olduğu kimi Cənubi Qafqazda da destabilizasiya və regional konfliktlər yaratmaq və onları daim körükləməklə məşğuldur.

Bu artıq heç kimə sirr deyil. Son vaxtlar isə şimal qonşumuz forpostu Ermənistanı beynəlxalq hüquqa zidd olaraq silah-sursatla doldurur. Bu cür vəziyyətdə Azərbaycanın Türkəyə ilə sıx hərbi əməkdaşlığı həyati əhəmiyyətə malikdir.

Ona görə də Azərbaycan təkcə birgə güc nümayişi ilə kifayətlənməməlidir. Təcili olaraq qardaş ölkənin Qafqazda hərbi mövcudluğunu rəsmi olaraq təsdiq etməlidir.

Eyni zamanda Azərbaycan və Xəzər dənizi hövzəsi də Türkiyə üçün mühüm əhəmiyyətə malikdir. Türkiyə son vaxtlar regionun ən güclü və siyasi baxımdan yetkin ölkəsi kimi uğurlu regional siyasət həyata keçirir. Hesab edirəm ki, hər iki ölkənin ümumi maraqları sıx hərbi siyasi ittifaqı qaçılmaz edir”.