Heç tükü də tərpənmədi

Yerdən 800 metr yüksəklikdə yatağa uzandı

Antalyanın Alanya mahalında paraşüt pilotu Hasan Kaval  xüsusi olaraq hazırlanan mexanizmli paraşütlə bağlanılan yataqla yüzlərlə metr yüksəklikdə yatıb. 
"Sherg.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, yerdən 800 metr hündürlükdə yataqda uzanan Hasan Kaval rahat davranış tərzi ilə diqqət çəkib. Tam rahatlıqla yatağa uzanan Kaval qurduğu zəngli saatın çalması ilə "Kleopatra" çimərliyinə eniş edib.

Qeyd edək ki, o, əvvəllər göydə nərd, okey də oynayıb. Hətta pijama və tərlik geyinərək  oturduğu divanda televizora baxıb.