İzləyicisinin tənqidinə tuş gələn Şəbnəm “OD PÜSKÜRDÜ” – FOTO ! 

Hazırda Moskvada olan müğənni Şəbnəm Tovuzlu orda yaşayan həmkarı Fədayə Laçınla görüşüb. O, sənət dostu ilə fotosunu İnstaqram səhifəsində paylaşaraq bu sözləri yazıb: “Siz mənim üçün illər öncə də dəyərəli idiniz, bu gün də eləsiniz. Özü kimi qəlbi də gözəl, Fədayə Laçın, sizi gördüyüm üçün çox sevindim”.

Lakin Şəbnəmin paylaşımı yenə mübahisələrə səbəb olub.



“Sherg.az” xəbər verir ki, həmin postun rəy bölmündə “qw.erty6721” adı ilə qeydiyyatdan keçən izləyicisi müğənnini tənqid edib:

“Bezdiribsiz! Nə qədər özünü reklam etmək olar?! İnsanlarda özünə qarşı nifrət yaradırsan. İnsan nə qədər eqoist olar?! Bir az sadə ol. Dünyadakı xəstə uşaqlara kömək et, onları sevindir. Allah yoluna keç! Əl çək bu bayquşluqdan. Baxanda ürəyim bulanır, Vallah”.

Müğənni isə həmin istifadəçinin rəyini belə cavablandırıb:

“Məncə, özün bədbin insansan. Mən sənətçiyəm, səhifəm aktivdir. Milyonlarla sevənim, dinləyənim var. Bu, belə olmalıdır. Yardım etməyimə gəlincə, onu Allah görsün. Sən görüb, bilməsən də olar. Əl tutmayan, hər ay bir-neçə xəstəyə, kasıba kömək etməyən biri olsam, Allah bu ruzini mənə verməzdi. Unutma, ey insan, mən hər zaman qazancımı bölən biri olmuşam”.