Dünya bazarında neftin qiyməti artır


Dünya bazarında neft bahalaşır.

Bu barədə “RİA Novosti” məlumat yayıb.

WTI markalı neftin aprel fyuçersləri 2,57 faiz bahalaşıb və bir barelinin qiyməti 67,81 ABŞ dolları təşkil edib.

“Brent” markalı neftin may fyuçersləri isə 2,32 faiz bahalaşıb və bir bareli 71,15 dollara satılıb.