Eni uzunluğundan böyükdür

93 milyon illik yaşı olan köpək balığı kəşf edilib

Okean və okean canlıları üzərində araşdırma aparan elm adamları, dinozavrların yaşadığı Təbaşir Dövrünə aid köpəkbalığı qalıqlarının tapıldığını bildiriblər.
Təxminən 93 milyon il əvvəl yaşadığı təxmin edilən köpək balıqlarından fərqli olaraq birhüceyrəli dəniz canlıları və meduza ilə bəslənən Aquilolamna adlı köpək balığı fosilinin Meksika sahillərində tapıldığı açıqlanıb.
NTV-nin "Science Magazine"-ə istinadən verdiyi xəbərə görə, nəşr olunan tədqiqatın aparıcı müəllifi, onurğalı canlı paleontoloqu Romain Vulloya görə, "Aquilolamna" adı "mahiyyətcə təsirli bir stabilizator rolunu oynayan qartal köpək balığı" mənasını verir.
Fosil üzərində aparılan araşdırmalara görə, qanada bənzər üzgəclərə sahib olan köpək balığının qalıqlarında heç bir çatışmazlıq olmadığı deyilib. 
Köpək balığının ölçülərinin 1.9 metr enində və 1.65 metr uzunluğunda olduğunu izah edərkən Vullo, araşdırmanın müəllifli olaraq heyrətini gizlədə bilməyib. Onun sözlərinə görə, balığın eni uzunluğundan qat-qat böyükdür.  Aquilolamna adlanan köpək balığı növlərinin nəsli kəsildiyini bildirən elm adamları qeyd edib ki, bütün köpək balıqları kimi, Aquilolamna da qığırdaqlı bir skeletə sahibdir, ancaq sinəsindəki üzgəclər tamamilə bənzərsizdir.