Şou əhli qiymətləri açıqladı: Karantindən sonra toylara neçəyə gedəcəklər?

Sevil və Sevinc bacıların "Birə-bir" adlı  verlişində müğənnilər arasında sorğu keçirilib. Onların pandemiyadan sonra toylara hansı qiymətə gedəcəkləri öyrənilib. 
"Sherg.az" xəbər verir ki, sorğuda bir çox müğənni iştirak edib. Məsələn, xanəndə Elnarə Abdullayeva yarım saata 3000-3500 manata oxuduğunu açıqlayıb.
 Bahar Lətifqızının köməkçisi isə müğənninin təkcə 2500-ə, ansambla 4500 manata  ifa etdiyini söyləyib: "Əslində qiyməti artırmamışıq. Əksinə aşağı salmışıq. Əvvəl 3000 indi, indi 2500".
 
Əlikram Bayramov mövzu ilə bağlı bunları deyib: 

"Ansamblla olsa 2500, tək 1500 manat. 

Səyyad Əlizadə isə ansamblla 5-6000 təkcə bir saat ifasına isə 1500 manat istədiyini xüsusi vurğulayıb: 

"Toy dəqiqləşəndə razılaşmaq olur. İndi isə təxminən belədir. 1500,1200,1300 arasında dəyişir". 

Müğənni Afət Fərmanqızı ansamblla 5000 manata ifa etdiyini bildirib:

"Qiyməti özümüz belə müəyyən etmişik ki, hamıya uyğun olsun. Bizim 40-a yaxın behini aldığımız toy var".