“Annabelle” hekayəsinin həqiqət olduğunu bilirdinizdimi?

 Yəqin ki, bir çoxları məşhur qorxu filmi olan “Annabelle”in hekayəsini bilir. Bəs bunun real həyatda həqiqətən də olduğu barədə necə bilirdinizdimi?



Sherg.az xarici mətbuata istinadən xəbər verir ki, 1970-ci ildə Donna adlı 28 yaşlı qadına anası tərəfindən bir gəlincik hədiyyə edilir. Bu gəlincik əslində həmin filmdəki Annabella qədər nadir tapılan farfor  oyuncaq deyildi.

O vaxtlar Donna Nyu Yorkda Angie adlı rəfiqəsi ilə bir evdə yaşayırdı. Onlar bu oyuncaq gəlinciyin hərəkət etdiyinin şahidi olmamışdılar. Ancaq gəlinciyi heç vaxt qoyduqları yerdə tapmazdılar. Günlərin birində onlar evdə kiçik uşaq xəttiylə yazılan “bizə kömək et” qeydini tapırlar. Qızlar gəlinciyin üzərində qan ləkələrinin olduğunu görəndən sonra isə medium çağırmaq qərarına gəlirlər. Çağırdıqları medium Annabelle Higgins adlı ruhla əlaqəyə girdiyini, ruhun gənc yaşında həmin binada öldüyünü deyir. Donna və Angie Annabellenin həyat hekayəsini bildikdən sonra ona yazıqları gəlir və gəlinciyi evdən atmırlar.

 

Angienin sevgilisi Lou bu hadisədən sonra gənc qadınların evində qalmağa gəlir. O evdə qaldığı gecə gəlinciyin yuxuda ona hücum etdiyini, reala bənzər kabuslar gördüyünü deyir. Amma səhər oyanan zaman bədənində hücuma məruz qalması ilə bağlı heç bir iz yox idi. Ertəsi gün Lou evdə olduğu zaman Donnanın otağından qəribə səslər eşidir. Otağa girdiyi zaman gəlinciyi yerdə tapır və elə həmin an güclü ağrı hiss edən Lou sinəsinin qan içində olduğunu görür. Onun sinəsində yeddi yara vardı, səbəbi isə məlum deyildi. Amma Lounun yaraları bir neçə günə tamamilə sağalır. Bu hadisədən sonra Donna və Angie gəlinciyin içinə girən ruhun pisniyyətli olduğunu anlayırlar. Bundan qorxuya düşən Donna hər şeyi rahibə danışır. Gəlinciyin şeytani ruh tərəfindən ələ keçirildiyini və ona yaxınlaşan hər kəsə təsir etdiyini anlayan rahib, bu olayları paranormal məsələlər üzrə mütəxəssislər Ed və Lorraine Varren adlı bacılara danışır.



 Rahib gəlincikdən şeytanı çıxarmaq üçün dini ayin hazırlayır. Ancaq Şeytan çıxarmaq ruh tutmaq kimi bir şey deyil. Bunun üçün evi daha çox Tanrının sevgisi ilə doldurmaq və hifz etmək lazım idi. Bu səbəbdən Varren bacıları qadınları qorumaq üçün gəlinciyi onlardan almaq qərarına gəlirlər. Həmin gəlincik hazırda Varrenlərin Monroedəki muzey evlərindədir. Varrenlər gəlinciyi evə aparana qədər bir çox qəzalarla üzləşirlər. Onlar evə çatan kimi gəlinciyi xaç suyuna çəkib dolaba qoyurlar. Şüşəli dolaba bağlanan gəlincik ziyarət edənlərin toxuna bilməyəcəyi, amma görəcəyi bir mühitə düşür. Gəlinciyin adı o gündən “Annabelle” qalır. Annabellenin olduğu şüşəli dolabın üstünə “Diqqət! Açmaq qəti qadağandır” yazılıb.
İllər boyu Varrenlərin evində gəlinciyə toxunanların, yaxınlaşanların başlarına naməlum səbəblərdən hadisələr gəlib. Onlardan biri - gənc rahib bir gün gəlinciyi rişxəndlə əlinə alıb və həmin gün kilsəyə dönənrən dəhşətli yol qəzasından zorla canını qurtara bilib.Bir başqa hadisə isə ziyarətçilərdən birinin başına gəlinciyin olduğu dolaba bir şey ataraq onunla zarafat etməsindən sonra gəlib. Bir saat sonra motoskleti ilə yol gedərkən idarəetməni itirən gənc ağaca çırpılaraq ölüb.


 
Ed və Lorraine Varren hesab edirlər ki, gəlincik mənfi enerjili varlıqlar tərəfindən istifadə olunur. Bu səbəbdən gəlinciyin olduğu yerlərdə neqativ enerji və qəzalar baş verir. Gəlinciyin hərəkət etməsi və yazılı qeydləri ətrafdakıların diqqətini çəkmək üçün idi. Medium onunla əlaqəyə girdiyi zaman həmin varlıq özünü ölümünə səbəb olduğu ən məsum qurbanı olan Annabelle kimi tanıdıb. Varrenlərin dediyinə görə, əgər gənclər gəlinciyi evlərindən çıxarmasaydılar, ruh onlardan birinin bədənini ələ keçirəcəkdi. 1952-ci ildən bu sahə üzrə çalışan Varrenlər 2006-cı ilə, yəni Ed ölənə qədər bu sahədə fəaliyyətlərini davam etdiriblər. Ed Amerika və İngiltərədə qəbul edilən ilk demonoloqluğun nümayəndəsi tanınıb (fövqəltəbii varlıqların araşdırıcısı), Lorraine isə kahin və medium olaraq dəyərli karyera qurmuşdu və hələ də bu cür hadisələr üzrə araşdırmalarını davam etdirir.