Arzusuna şatdı: Təyyarəni aldı və lüks evə çevirdi

64 yaşlı təqaüdçü elektrik mühəndisi Brus Kampibel  yaradıcı insan kimi tanınır. O, köhnə,  yararsız əşyaları alıb yeniləməyi, istifadə etməyi sevirmiş. 



"Sherg.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, Kampibel hələ 20 yaşında olarkən Oregondakı Hillsboro meşələrində 23 min dollar qarşılığında 10 sot torpaq alıb və bunu necə istifadə edəcəyini düşünməyə başlayıb. 

Bu torpaq sahəsi üçün onun ilk planı köhnə bir yük gəmisi almaq və onu evə çevirmək olub. Ancaq sonra fikrini dəyişib və başqa ideya haqqında düşünüb. 

1999-cu ildə Brus "Olimpik" Hava yollarından 100.000 dollara yararsız "Boeing 727" təyyarəsi almağa qərar verib. Lakin təyyarəni alanda nəhəng vasitəni Oregondakı meşəyə daşımalı idi. Yunanıstanın paytaxtı Afinadan gətirilməli olan təyyarənin nəqliyyat xərcləri təxminən 120.000 dollar edib. Bu da ümumi məbləği 220.000 dollara çatdırırdı. Amma Kampibel çox düşünmədən bu məbləği ödəyir.  



Aldığı təyyarəni ərazisinə gətirən və gündəlik yaşanılan rahat evə çevirən Brus təyyarəni insanın yaşam üçün ehtiyac duyduğu bütün rahatlıqlarla təmin edib.

Təyyarə-evdə dondurucu, paltaryuyan maşın, şkaflar, əl-üz yumaq üçün xüsusi yerlər inşa edilib. Orijinal oturacaqlar və tualet kimi bir çox elementlər isə olduğu kimi saxlanılılıb.