Anası küçə-küçə axtarır: Qızından 117 gündür xəbər yoxdur

Türkiyənin İzmir şəhərində 117 gün əvvəl itkin düşən 16 yaşlı Nazlı Demirtaşdan hələ də xəbər yoxdur.

Bu barədə “Sherg.az” “Milliyet”ə istinadən xəbər verir. Bildirilir ki, qızın anası küçə-küçə gəzərək uşağını axtarır. O, gecələriyata bilmədiyini deyib: “Telefon zəng çalsa da, aça bilmirəm. Pis xəbər gələcəyindən qorxuram”. 

 Böyük bacısı ilə qalan Nazlı dekabrın 11-də gecə evdən çıxıb. Çox keçmədən valideynləri polisə xəbər veriblər. Amma bütün səylərə baxmayaraq, qızdan bir xəbər yoxdur. 
Nazlının anası vətəndaşlardan diqqətli olmağı, övladını tapmaqda ona yardımçı olmalarını xahiş edib. Qadın, həmçinin qızına səslənərək “Günlərim sənsiz keçir” deyib.