Metroda gediş haqları artırılacaq?- RƏSMİ CAVAB

“Metropoliten” yenidən fəaliyyətə başladıqdan sonra gediş haqqının artırılacağı ilə bağlı məsələlər cəmiyyətdə müzakirə olunur. Düşünülür ki, metro açıldıqdan sonra gediş haqqı bir qədər bahalaşacaq.
Bəs doğrudan da belə bir ehtimal varmı?

“Sherg.az”ın suallarını cavablandıran “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov qiymətlərin tənzimlənməsi ilə bağlı müraciətlərinin olmadığını söyləyib:

“Əsas düşündüyümüz məsələ metronun nə vaxt fəaliyyətə başalamasıdır. Hazırlığımızı və tədbirlərimizi vaxtında yerinə yetirib, normativ tələblərə uyğun icra edək ki, metropoliten sərnişin daşımağa tam hazır olsun”.