Koronavirusa yoluxmada yeni rekord! - Türkiyədə

Türkiyədə son sutkada koronavirusa yoluxanların sayı məlum olub.
Bu barədə “Sherg.az” “Haberglobal”a istinadən xəbər verir. Bildirilir ki, gün ərzində ümumilikdə 240 min 12 nəfər testdən keçib. 40 min 806 yeni yoluxma faktı qeydə alınıb. Bu, indiyəqədərki rekord göstəricidir. Son sutkada, həmçinin 176 nəfər həyatını itirib. 20 min 817 nəfər isə sağalıb.