Heç görmüsünüz mən bircə dəfə də olsun sizə yalan danışım? Əlbəttə, görə bilməzsiniz. Bəs onda nə deyib inanmırdınız? Həmişə nə olacaqsa, əvvəlcədən yazmışam və o da baş verib. Bu əlbəttə, ekstrasenslik deyil , sadəcə dərin analiz qabiliyyətidir. İndi isə deyirəm- yaxın vaxtda yeni virus buraxılacaq. Coviddən güclü olacaq. Amma artıq keçən dəfədən çıxardığınız dərslər və nəticələr var. İnşallah bu dəfə daha ağıllı ola biləcəksiniz və qlobal satanistlərin bu planı da baş tutmayacaq.
Bu fikirləri “Altay” Sosial Araşdırmalar Mərkəzinin sədri Elçin Bayramlı öz feysbuk hesabından paylaşım edib. Bəs bu nüans yeni pandemiya olacağındanmı xəbər verir?
Məsələni dəyərləndirən professor Adil Qeybulla “Sherg.az”a açıqlamasında deyib ki, covid-19 pandemiyasının bitdiyi rəsmi olaraq elan olunsa da, onun epidemik ocaqları hələ də davam edir:
"Əlavə olaraq, koronovirus fonunda zəifləmiş immunitetdə müxtəlif virusların fəallaşması qeydə alınır. Hazırda çox qarışıq stiuasiya hökm sürür. Ancaq Amerikan laborotoriyalarında hansısa virusun hazırlanıb ətrafa buraxılmasını söyləmək bir ittihamdır. Bunu isə qətiyyən dəstəkləmirəm. Ümumiyyətlə, bu cür əsassız ittihamları yaymağın özünün bir məsuliyyəti var. Düşünürəm ki, belə informasiyalar müəyyən dairələr tərəfindən idarə olunur. Bəzi adamlar da bunun təsirinə düşür. Doğrudur, günümüzdə bir çox virusların fəallaşdığını müşahidə edirik. Lakin bunu tam dəqiqləşdirmək üçün laborotoriya testləri aparılmalıdır. Ona görə də bu cür məlumatlara yer verməmək, hansısa dövləti nədəsə təqsirləndirmək düzgün deyil. Həmçinin, belə virusları istehsal edib dövriyyəyə buraxmaq insan əleyhinə cinayyətdir. Bu cür təqsirləndirmələrə qarşı ehtiyyatlı yanaşmaq lazımdır".