3 min illik qızıl maska ​​tapıldı - Foto

Çinin Sicuan bölgəsindəki qazıntılar zamanı 3 min il əvvələ aid olduğu təxmin edilən qızıl maska ​​tapılıb. Milli Miras İdarəsindən maskanın Sicuandakı "Sanxingdui" qazıntı yerində tapıldığını bildirilib.
"Sherg.az" türk mediasına istinadən xəbər verir ki, maska 28 santimetr ölçüsündədir.
Yalnız bir hissəsi olan maska təxminən 280 qram ağırlığındadır.
Qalan hissələri də tapılsa, 500 qramdan çox çəkidə olacağı ehtimal edilən maskanın qədim dövrün qızıldan hazırlanmış qalıqları arasında "ən ağır" olacağı söylənilir.