Müğənni: “Özümü kəsib-doğramaq istəyirəm” - İntihara cəhd

Müğənni Kərim Abbasov “ATV magazin onlarla” verlişinin “ 33 sual” rubrikasında qonaq olarkən həyatı ilə bağlı açıqlamalar verib.
O yaşadığı çətinliklərdən danışıb. “Sherg.az”ın məlumatına görə ifaçı göz yaşlarını tuta bilməyərək bunları söyləyib:

“Valideynlərimi-atamı, anamı itirdim. Artıq itirməkdən qorxuram. O zaman hər kəsdən qaçmışdım. Evdə divanımda bir küncüm var, yalnız mənə  məxsusdur. Ailə üzvlərim də oturmur . Qapanmışdım həmin yerə, orda təsəlli tapırdım. Ölənlə kimsə ölmür, amma ölmüş kimi bir şey olursan. Yeni ilim də, Novruzum da qara gəldi.

Bu il mənə düşmədi.Belə acılar yaşadıqdan sonra möhkəm olmursan, sınırsan. İnsan daha da həssaslaşır, başa düşürsən ki, atan, anan getdi, sabah sıra sənə də gələcək. Ailəm, oğlum mənim üçün çox önəmlidir.

Ona görə çox həssasam. Bəzən gözümün önünə ailəmlə bağlı bir kadr gəlir. Düşünürəm ki, onlara nə isə olsa, mən nə edərəm? O an intihar da fikirləşirəm, özümü kəsib-doğramaq da istəyirəm. Çünki onlara bir şey olsa,  yaşaya bilmərəm”.

İfaçı deyib ki,  onun bir qardaşı da vəfat edib:

“O zaman atamın-anamın nələr yaşadığını görmüşəm. Mən isə dözə bilmərəm.   Oğlumu mən öpmədən yatmır, bağcadan götürürəm, getməsəm gəlmir. Bütün deyilənlər çox ciddiyə almaq məni həssaslaşdırdı. Əsəb dispanserində də müalicə olundum. Hətta özünü Napalyona  bənzədən insanlarla birgə qalırdım. 

Çox əziyyət çəkmişəm. Ona görə özümlə fəxr edirəm. Deyirəm, sən güclüsən, Nələr yaşadım, amma gəldim Kərim oldum. Fəhlənin  balası ikən Azərbaycan estradasının ulduzuna çevrildim. Bununla qürur duyuram”.