Aldım bir kilo, verdim 100 dollar: Açması? - Alça 

Azərbaycanda  satış obyektlərinin birində alçanın kilosu 175 manata satılır. İnsanın inanmağı gəlmir. Ta ki, gözü ilə görənə kimi. Görəndə də, necə deyərlər, gözümüz kəlləmizə çıxır. Maraqlısı hər il eyni tendensiya ilə rastlaşmağımızdır. Gör, alça nə dəyərli meyvə imiş ki, bu qədər baha qiymətə təklif olunur. Yaxşı, alçanın, sahibkarın üzü gülür. Bəs alıcılar?!



 İqtisadçı-ekspert Natiq Cəfərli bu barədə “Sherg.az”a açıqlamasında problemin aradan qaldırılması yollarından danışdı: 

“Mövcud durumun nə iqtisadi, nə də elmi açıqlaması var. Bu, tənzimlənməyən qiymət növüdür və hər il təkrarlanır. Əlbəttə, kimsə almayacaqsa, məhsul tullantı olacaq. Çünki qiymət çox bahadır, hətta 100 dollardan da çoxdur. 

Lakin məsələ ondan ibarətdir ki, alıcı və satıcı arasında əlaqə bazar vasitəsilə təmin olunur.

Elə infrastuktur yaranmalıdır ki, nübar meyvələr bazara çıxanda rəqabətlilik yaransın. Bunun üçün yeni meyvə bağları, çoxlu soyuducular olmalıdır. Şübhəsiz, rəqabətli mühit yarandıqca qiymət avtomatik tənzimlənəcək”.