Qeyri-adi doğuş metodu - Braziliyalı həkim fenomen oldu

Ginekoloq-həkim Fernando Cunha rəqs hərəkətləri ilə körpələrin dünyaya gəlməsinə kömək edir. Həkim bu metodun hamilə qadınları rahatlaşdırdığını söyləyir.
“Sherg.az” “Haberler.com”a istinadən bildirir ki, bu metod qadınlar üçün yalnız emosional rahatlıq təmin etməklə yanaşı, doğuşdakı ağrıları da azaldır və körpənin doğuş mövqeyini tutmasına imkan verir.
Bu günə qədər 8 mindən çox doğuşda iştirak edən həkim ataları və tibb bacılarını da rəqs etdirir.