Həkim belə olar: Şiddətli yanğına rəğmən əməliyyatı dayandırmadı - Foto

Rusiyada xəstəxanada baş verən yanğın ağlasığmaz hadisəyə səbəb olub. Yanğın Rusiyanın Çin sərhədinə yaxın Blagoveşcensk şəhərində baş verib.
"Sherg.az" "Hurriyet.com"a istinadən bildirir ki, alova məhəl qoymayan həkimlər açıq ürək əməliyyatına davam ediblər.
Rusiya Fövqəladə Hallar Nazirliyi yanğının 1907-ci ildə çar dövründə inşa edilən xəstəxanada, taxta tavanda sürətlə yayıldığını açıqlayıb. Yanğının elektrik kabellərindəki qısaqapanmadan qaynaqlandığı bildirilir. Xəstəxananın bölgədə yeganə kardiologiya bölməsinə sahib olduğu deyilir.
Baş cərrah Valentin Filatov və həkim kollektivi xəstəni xilas etməli olduğunu və bunun üçün hər şeyi etdiklərini bildiriblər.
Həkimlərin bu cəsarətli addımlarına görə səlahiyyətli orqanlar tərəfindən mükafatlandırılacaqları söylənilir.