Cavanşirdən etiraf:"Yol qırağında dayansaq, 50 maşından 40-ı saxlayacaq"                   

"Manaf Ağayevlə mən bir az fərqli insanlarıq.Çox fikirləşirik, hər şey bizə təsir edir". 
"Sherg.az" xəbər verir ki, bu sözləri "Xəbər-ətər" verlişində müğənni Cavanşir Məmmədov söyləyib. O söhbətə davam edərək bunları deyib:
"Manafla burdan çıxıb, yolun qırağında dayansaq, 50 maşından 40-ı saxlayacaq. Deyəcəklər ki, əyləşin, hara gedirsiniz. Bəzi adamların isə ikimiz ağırlığında pulları var, lakin kimsə onlara hörmət etmir. Ona görə biz duyğusalıq. Heç nəyi pulla ölçmürük".