Ərdoğandan təcili MÜJDƏ: "İlk atışda hədəfi dəqiqliklə vurdu” - FOTO

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sosial media hesabından paylaşım edib.
"Sherg.az" xəbər verir ki, “İlk atışda hədəfi dəqiqliklə vurdu” yazan Ərdoğanın paylaşımı Milli Texnoloji Həmləsi ilə bağlıdır. Türkiyə prezidentinin sosial media paylaşımında bu sözlər yer alır: “Türkiyə, havadan havaya raket texnologiyasına sahib az sayda ölkələrdən biri olmağı bacardı. Gənc texnoloq və mehədislərimizin GÖKTUĞ layihəsində gerçəkləşdirdiyi “hava-hava” raketimiz BOZDOĞAN, ilk atışda hədəfi dəqiqliklə vurdu. Gənclərə maşallah!”.