Estetik əməliyyat etdirib, ərindən qaçdı

Bütün mal-qarasını dəyər-dəyməzinə satan kişinin ağrıları dinmir


“Onu başdan-ayağa estetik etdirdim. Tamam dəyişdi. Sonra məni tərk etdi. Madam ki, gedəcəkdin, estetik etdirmədən öncə getsəydin...” Bu acı ifadələr həyat yoldaşı tərəfindən tərk edilmiş kişiyə məxsusdur. Türkiyənin “Star” televiziyasında yayımlanan “Esra Erolda” proqramına qonaq olan 3 uşaq atası, 39 yaşlı Yalçın Okur başına gələnləri anladıb. Yalçın Okur Samsunda yaşayır və fermer təsərrüfatında çalışır. Həyat yoldaşı Maral Okur estetik cərrahiyyə əməliyyatı üçün təkid edib, o da xanımını çox sevdiyindən istəyini geri çevirməyib.

Təsərrüfatdakı mal-qaranı yarı qiymətinə sataraq estetik əməliyyatın məbləğini toplayıb. Həyat yoldaşı estetik əməliyyat sayəsində tamamən dəyişib, gözəlləşib. Və ərini tərk edərək İstanbula gedib. Yalçın Okur proqramda “Bir kərə “canım yoldaşım”, desəydin, dünyaları verərdim. Amma o, məni, ailəsini, 3 övladını tərk edib İstanbula qaçdı” deyərək göz yaşları töküb. 

Yalçın Okur 13 ildir evli olduqlarını deyib:

“Maral yaxın qohumu Büşranın yanına getmişdi. Büşra burun estetiki etdiribmiş. Maral qayıdanda mənə 1 ay yalvardı ki, ona da burun estetiki etdirim. Mən ona “mən səni bu halda da sevirəm. Biz əkinçiyik, kəndliyik”, dedim. Amma “yox” dedi, israr etdi. Ağladı. Bizi heç sevmədi, övladlarını sevmədi, yalnız özünü sevdi”. Okur, “15 min lirə estetik əməliyyat üçün ödəməkdənsə, gəl sənə bilərzik alım, dedim. Amma o, “masada qalsam da əməliyyat etdirəcəyəm” dedi.

Madam ki, mən pis idim, estetik etdirmədən öncə gedəydi. Uşaqları evdə qoyub gedib. Yemək də bişirməyib. Qızımıza deyib ki, gedirəm İstanbula. Öz ayaqlarım üstə duracağam. İşləyəcəyəm.

Əməliyyatdan sonra ona zəng etdim, halını soruşum. “Sənə nə, səni ilgiləndirməz. Mən səninlə oyun oynadım”, dedi mənə. 90 min lirəlik heyvanlarımı 45 min lirəyə satdım. Son 1 ildə mənə səni sevirəm belə demədi” söyləyib. Proqrama qoşulan qohumları Büşra isə “Maral 15 yaşında ailə qurub. 3 övlad dünyaya gətirib. İndi 26 yaşındadır.

Müstəqil yaşamaq, özünə güvənən bir xanım olmaq istəyə bilər”, söyləyib. Maralın proqrama telefonla qoşulan anası da yeznənin sözlərini təkzib edib, qızının anasının yanına gəldiyini söyləyib.