Brilliant qınadı: "Bəzi xalq artistləri canlı oxumaq öyrənsinlər"    

Xalq artisti Brilliant Dadaşova ailəsi ilə birgə videosunu paylaşıb. Həmin görüntülərdə Rafael Dadaşovun qızı Leyli də yer alıb.
“Sherg.az” xəbər verir ki, Leyli xanım ifa edərkən B.Dadaşova onu çəkib. Xalq artisti paylaşımda bu sözləri qeyd edib:
“Dadaşovlar ailəsi:Leyli və Nigar. Leyli həm bacımın, həm də əmim oğlu Rafael Dadaşovun qızıdır. İstedad ikitərəflidir. Bu videoları paylaşıram ki, bəzi xalq artistləri baxıb canlı oxumaq öyrənsinlər. Leylini yalvara-yalvara oxutdururuq”.