Göydən enən kabus: Dünya bunu da gördü!

“Şərq” Türkiyə mediasına istinadən bildirir ki, Avstraliyanın paytaxtı Sidneyə yaxın Şoalhaven bölgəsinin sakinləri yuxudan gurultu səsinə oyanıblar. “Bu nə səsdir?” deyə pəncərələrə yaxınlaşdıqda gördüklərindən dəhşətə gəliblər; ağ  tutuquşular şəhəri istila edib! Sakinlər evdən çölə çıxmağa belə cürət etməyiblər. Sel kimi şəhərə axışmış tutuquşular evlərin damına, səkilərə, yollara – hər yerə qonublar.
Bu tutuquşular Corella adlanır. Avstraliya mediası onların vəhşi təbiətli və inanılmaz dərəcədə dağıdıcı, qarşılarına çıxan hər şeyi yox edə biləcəkləri xəbərini sakinlərə çatdırıb və ehtiyatlı olmağa çağırıb. Sosial mediada paylaşılan videogörüntü sürətlə yayılıb. Və ölkə bu dəhşətdən xəbərdar olub. Ağ tutuquşular, xüsusən də kəndlilərin baş bəlasına çevrilib.
Çəyirtkələr kimi sürü halında hərəkət edib, bağçaları və əkinləri məhv edirlər. Sidney Universitetinin vəhşi təbiət üzrə mütəxəssisi, professor  David  Falen tutuquşu sürüsünün yeni bir məkan aşkarlamazdan öncə Novra səmasında toplanmış olduğunu ehtimal edir: “Ağ tutuquşular köçəridir. Yem axtarmaq məqsədilə bir yerdən başqa yerə uçurlar. Novrada qeydə alınmış videodakı kimi bir yer tapdıqlarında hamısı ora eniş edər”.
Bölgə camaatı tutuquşuların yemlənib uçub getməsini gözləmək məcburiyyətindədir. Tutuquşular uçub getdikdn sonra evlərindən rahat çıxa biləcəklər.