200 kiloluq 3 aslan təyyarədə... - İlginc  fotolar 

Baytar həkimi Andi Freyzerin üç iri aslanla birlikdə təyyarədə getdiyi zaman çəkilən fotosu internetdə yayılıb. Sözügedən foto sosial şəbəkələrdə böyük marağa səbəb olub.
"Sherg.az" türk mediasına istinadən xəbər verir ki, hər biri 200 kq ağırlığında olan Kalahari aslanları gəzinti üçün sakitləşdiriliblər. Aslanlar təyyarə ilə Cənubi Afrikada vəhşi təbiətə buraxılıb.
Afrika aslanlarının ən böyüyü olan bu heyvanların digər aslanlardan fərqli olaraq daha kiçik vədağınıq qruplarda yaşamağa meylli olduqları bildirilir.