İş yerində olay! - İki metr uzunluğunda olan ilan... - Fotolar 

Hava istilləşməsi səbəbindən qış yuxusundan oyanan ilanlar vətəndaşları narahat etməyə başlayıb.
"Sherg.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, Bursada iş yerinə girən ilan böyük qorxuya səbəb olub.

Belə ki, iki metr uzunluğunda olan ilan televizorun arxasında gizlənib. İlanı fərq edən Dinçer vəziyyəti xilasetmə qruplarına bildirib. Xilasetmə qrupları ilanı yarım saatlıq işdən sonra çıxarmağa müvəffəq olublar. İlan təbiətə buraxılıb.